+99450 378-97-20
HAQQIMIZDAPASİYENTLƏR ÜÇÜNXİDMƏTLƏRÜNVANQALEREYAƏLAQƏ
Stomatoloji implantlar
KosmetikİmplantlarDiş sağlamlığıPediatrikVinirlərBilirsinizmi?

Stomatoloji implantlar

Əgər siz bir və ya bir neçə dişinizi zədə və ya çürük nəticəsində itirmisinizsə, Dr. Lətafət Əliyeva rekonstruktiv həll kimi uzunömürlülüyünə, davamlılığına və estetik keyfiyyətinə görə implant qoymağı qətiyyətlə məsləhət görür.

Xüsusi titandan hazırlanmış implantlar pasiyentlərdə 90-95% uğurlu alınır və tam əminliklə yemək, danışmaq və gülmək imkanı yaradır. Bizim məqsədimiz sizə layiq olduğunuz mükəmməl ağız sağlamlığını və xoşbəxtliyi bəxş etməkdir.

Stomatoloji implant prosesi

İmplantasiyanın inanılmaz uğurunun arxasındakı sirr ondan ibarətdir ki, onlar dişin bütün strukturunu əvəz edir, nəinki digər ənənəvi yollar kimi ancaq qapaq (ağ, görünən tərəf) hissəsini. Diş kökünün görünməyən alt hissəsi çənə sümüyünü stimullaşdırır, canlandırır və onun sağlam və bir bütün olaraq qalmasına xidmət edir. Bu olmadan, pasiyentlər diş tökülməsi riski və üz quruluşunun formasının itməsi ilə üzləşə bilərlər.

Komandamız sizin implantasiya proseduruna uyğun olduğunuzu dəqiqləşdirdikdən sonra Dr. Əliyeva sizə implantlarınızı cərrahi yolla yerləşdirəcək etibarlı və sizin müalicənizi düzgün və yolunda aparacaq mütəxəssis tövsiyə edəcək. Daha sonra, müəyyən bir vaxt keçdikdən və implant(lar)ınız yerinə tam möhkəm oturduqdan sonra siz Dr. Smiles Stomatoloji Butikinə geri qayıdacaqsınız və biz sizin üçün tam yeni və yüksəkkeyfiyyətli diş düzəldib ümumi görünüşünüzü tamamlayacaq formada yerinə qoyacağıq.

İmplant üzərinə protezləşdirmə

Tam keramik stomatoloji qapaqlar əsasən tək diş implantlarının bərpasında istifadə olunur. Lakin daha çox dişlərin bu yolla bərpasına ehtiyac duyulduğu zaman bu tipli implantasiya pasiyentlər üçün həddindən artıq baha qəbul edilir. Xoşbəxtlikdən, implantlar həm də protezlər üçün sabitləşdirici və üstünə qoyulacaq möhkəm bünövrə rolu oynaya bilər. Əgər sizin köhnə və narahat protezləriniz varsa, bu sizin üçün əla üsul olacaq.

Heç bir insan diş itkisindən əziyyət çəkməməlidir. Əgər müalicə üsulları ilə bağlı hər hansı bir sualınız varsa və ya Dr. Əliyeva ilə implant mövzusunda konsultasiya etmək istəyirsinizsə Dr. Smiles Stomatoloji Butiki ilə əlaqə saxlayın. Sizi burada görməkdən böyük məmnunluq duyarıq.