Sağlam və parlaq təbəssümə sahib olmağın əsas yolu yeniyetməlik dövründə ağız gigiyenasına düzgün əməl etməkdir. Böyüklərdə diş və diş əti xəstəlikləri daha ciddi problemlərə gətirib çıxara bilər. Həyatınız boyu aşağıda yazılanları etmək mütləqdir:
- Florlu diş pastası ilə dişlərinizi gündə iki dəfə fırçalayın ki, dişin üstündəki ərp götürülsün — bu ərp kariyes və gingivit adlanan damaq iltihabının əsas səbəbidir.
- Diş sapından hər gün istifadə edin. Bu dişlərinizin arasındakı və dişlərinizlə damağınız arasındakı ərpi aradan qaldıracaq. Əks halda bu ərp diş daşlarına çevriləcək. Diş daşları əmələ gəldikdən sonra yalnız diş həkimi tərəfindən təmizlənə bilər.
- Şəkərli və nişastalı qidalardan, xüsusilə yapışqan məzələrdən istifadəni azaldın. Yeməklər arasında yediyiniz məzələr ağzınızda bakteriyalar əmələ gətirir və bakteriyaların yaratdığı turşuluq dişinizdəki mina qatını zədələyir.
- Yoxlama və peşəkar təmizləmə üçün müntəzəm olaraq diş həkiminizə baş çəkin.