+99450 378-97-20
HAQQIMIZDAPASİYENTLƏR ÜÇÜNXİDMƏTLƏRÜNVANQALEREYAƏLAQƏ
Kosmetik xidmətlər
KosmetikİmplantlarDiş sağlamlığıPediatrikVinirlərBilirsinizmi?

Kosmetik xidmətlər

Araşdırmalar bizə göstərir ki, gülüş bir çox insanın yeni tanış olduğu insanla ilk görüşdə fikir verdiyi xüsusiyyətlərdəndir. Əgər siz zədələnmiş və ya solğun dişlərə sahibsinizsə, bu sizin üçün heç də yaxşı xəbər deyil.

Dr. Smiles Stomatoloji Butikində Dr. Əliyeva sizə müxtəlif növ kosmetik stomatoloji müalicələr təklif etməklə gözəl və cəlbedici təbəssüm sahibi olmağınıza kömək edəcək. Yeni görünüşə sahib olmaq üçün ödədiyiniz məbləğ isə sizi heyran edəcək.

Dişlərin ağardılması

Ləkəli və köhnə dişləri parıldatmaq üçün 2 üsul təklif edirik. Möhtəşəm ZOOM! ağartma sistemi təhlükəsiz və güclü fotoağardıcı gel sayəsində ləkələri aradan qaldırır. Proses təxminən 1 saat çəkəcək və siz elə həmin gün 10 qat daha parlaq təbəssümlə buradan çıxacaqsınız!

Əgər siz təbəssümünüzü gözə çarpmayacaq şəkildə dəyişmək istəyirsinizsə, evdə rahatlıqla istifadə edə biləcəyiniz diş kappaları və ağardıcı gellə sizi təmin edə bilərik. Siz sadəcə olaraq hər gün müəyyən saatlarda onlari taxmalısınız. Müalicədən optimal nəticələr əldə etmək təxminən 2-3 həftə çəkir, amma bəzi pasiyentlər bir neçə dəfə tətbiq etdikdən sonra müsbət dəyişiklikləri görürlər.

Keramik vinirlər

Əgər sizin təbəssümünüzdə və özünə inamınızda bir neçə kosmetik çatışmazlıq varsa, keramik vinirlər ehtiyac duyduğunuz möhtəşəm dəyişikliyi sizə bəxş edəcək. Ultra-nazik keramik hissələrdən hazırlanmış vinirlər ağzınıza rahatlıqla oturacaq və sizin ümumi görünüşünüzü arzuladığınız və seçdiyiniz dəyişikliyə uyğunlaşdıracaq. Bu prosedur üçün cəmi iki dəfə gələcəksiniz — birinci gəlişinizdə Dr. Əliyeva sizinlə müalicəni müzakirə edəcək, ikincidə isə sizin yeni, parlaq vinirlər yerinə taxılacaq.

Kompozit, diş rəngində dolğular

Dr. Smiles Stomatoloji Butikində komandamız sizi ən yeni və qabaqcıl müalicəvi ləvazimatlarla təmin edəcək. Təbii görüntüsündən əlavə olaraq composit dolğular sizin dişlərinizi isti və soyuq temperaturda belə əla qoruyacaq. Sizin köhnə və rəngi solmuş dolğularınızı təbii gülüşünüzə uyğun gələn yeni composit dolğularla əvəz etməyə şad olarıq.

Bərpaedici taxmalar

"Onlay" taxmalar əsasən keramikadan hazırlanır və onlar dişin bir və ya daha çox hissəsinə yayılaraq bərpasına kömək edir. "İnlay" taxmalar isə əsasən dişlərin daxili bərpasında istifadə olunur. Bu seçimlər diş qapaqlara nisbətən daha konservativ müalicə üsulu axtaran pasiyentlər üçün idealdır.